Xabi Alonso

Xabi Alonso
isp. Xabi Alonso
Ümumi məlumatlar
Doğum tarixi 25 noyabr 1981(1981-11-25)[1][2][…] (42 yaş)
Vətəndaşlığı
Boyu 183 sm
Çəkisi 76 kq
Mövqeyi yarımmüdafiəçi
Klub haqqında məlumat
Klub İspaniya Real Madrid
Karyerası
Gənclik karyerası
İspaniya Antiquoko
Klub karyerası[* 1]
1999–2004 İspaniya Real Sosyedad 119 (9)
2000–2001  İspaniya Eybar 14 (0)
2004–2009 İngiltərə Liverpul 143 (15)
2009—h.h. İspaniya Real Madrid 158 (4)
Milli yığma[* 2]
2000 İspaniya İspaniya (18 yaşlılar) 1 (0)
2002–2003 İspaniya İspaniya (21 yaşlılar) 9 (0)
2003—h.h. İspaniya İspaniya 109 (15)
Təltif və medalları
Dünya çempionatları
Qızıl CAR 2010
Konfederasiyalar kubokları
Bürünc CAR 2009
Avropa çempionatları
Qızıl Avstriya/İsveçrə 2008
Qızıl Polşa/Ukrayna 2012

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 12 may 2014 tarixində redaktə olunub.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 11 may 2014 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xabier Alonso Olano (25 noyabr 1981[1][2][…]) — ispan futbolçu. Xabi Alonso karyerasına doğulduğu Xipuskoa vilayətinin paytaxtı San-Sebastyanın futbol klubu olan Real Sosyedadın əsas komandasında başladı. SD Eibarda icarə əsasında qısa müddət oynadıqdan sonra o, keçmiş klubu Real Sosyedadın baş məşqçisi Con Toşakın təşəbbüsü ilə bu kluba kapitan olaraq geri döndü. Xabi Alonso 2002–2003 mövsümündə Real Sosyedadın La Liqanı ikinci yerdə başa vurmasında əvəzedilməz rolu oldu. O avqust 2004-cü ildə 10,5 milyon funt sterlinqlik müqavilə əsasında Liverpula transfer edildi. O, Liverpuldakı ilk mövsümündə UEFA Çempionlar Liqasının finalında həlledici qol vurdu və UEFA Çempionlar Liqasını qazandı. Sonrakı mövsüm o, FA KubokuFA Community Shield kubokunu qazandı. O, 2009–2010 mövsümünün başlanğıcında 30 milyon funt sterlinq-ə yaxın dəyəri olan müqavilə əsasında Real Madridə transfer edilib. O,2003-cü ilin aprelində keçirilmiş İspaniyanın Ekvadora 4–0 qalib gəldiyi oyunda milli yığmada ilk oyununu keçirdi. İspaniya milli futbol komandasında oynadığı müddət ərzində o, Avro 2008, Avro 20122010 Dünya Kubokunu qazanmaqla yanaşı Avro 20042006 Dünya Kubokunda ölkəsini təmsil etmişdir. 23 iyun 2012-ci ildə Xabi Alonso Avro 2012-nin dörddəbir final mərhəsində Fransaya qarşı İspaniya milli futbol komandasının şərəfini 100-cü dəfə qorudu. Onun həm yubileyi, həm də İspaniyanın yarımfinal mərhələsinə yüksəlməyinə səbəb olmuş Fransaya vurduğu qol böyük təntənə ilə qeyd edildi.

  1. 1 2 Xabi Alonso // Transfermarkt (çd.). 2000.
  2. 1 2 Xabi Alonso // FBref.com (çd.).

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy